Bakıda Rumıniyanın Mədəniyyəti Günü qeyd olunub
17 Yanvar 2017, 10:15 (GMT +4)
Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enescu adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.
Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku, o cümlədən icra hakimimiyyətinin məsul şəxsləri iştirak ediblər. Tədbirdə Azərbaycan və Rumıniya Dövlət himnləri səsləndirilib.
Tədbiri çıxış nitqi ilə açıq elan edən səfir Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışıb
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva, iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib
|