Bakıda hərbi parad başlayıb
26 İyun 2011, 13:29 (GMT +4)
Bakı, 26 iyun, SalamNews,K.Orxan. Bakıda “Azadlıq” meydanında Azərbaycanın yenidən müstəqilik qazanmasının və20 Silahlı Qüvvələrin yaradılmasının 93 illiyi münasibəti ilə hərbi parad başlanıb.
SalamNews-un məlumatına görə, Bakının ali Hərbi məktəblərinin kursantları, Silahlı Qüvvələrin, Sərhəd Qoşunlarının, Daxili Qoşunların, Mülkü Müdafiə Qoşunlarının, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti paradda iştirak edir.
Dənizdə Hərbi Dəniz Qüvvələrinin gəmiləri də paradda iştirak edir. Hərbi Hava Qüvvələrinin təyyarə və vertolyotları havada aviaşou nümayiş etdirəcək. Paradda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan texnika da iştirak edəcək.
|