“Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib
11 Noyabr 2016, 09:00 (GMT +4)
Bakı, 9 noyabr, SalamNews, A.Kərimov. Binəqədi Rayonu ərazisində fəaliyyət göstərən “STEP İT” Akademiyanın inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və “İDRAK” liseyinin birgə təşkilatçılığı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı tədbir keçirilib.
SalamNews xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Millət vəkili Elman Nəsirov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, “İDRAK” liseyinin təsisçisi Mönsüm Alışov, 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və “Xəmsə” intellektual oyunun qalibləri və iştirakçıları , rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak ediblər.
|