Klassik avtomobillərin sərgisi keçirilib
09 Noyabr 2016, 13:24 (GMT +4)
Bakı, 9 noyabr, SalamNews.Azərbaycan Avtomobil Federasiyası (AAF) noyabrın 9-da Dövlət Bayrağı Günü münasibəti ilə klassik avtomobillərin paradını təşkil edib.
SalamNews xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürülən avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdiriblər. Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olub.
FOTO: Ş.Nəzərli.
|