“Ali Baş Komandan əmr versə, ordumuz həmin vəzifənin öhdəsindən inamla gələcək” – Polad Bülbüloğlu
23 İyun 2011, 12:38 (GMT +4)
Moskva, 23 iyun, SalamNews, İ.Rüstəmov. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində Azərbaycan Silahlı Qüvvələrinin 93-cü li dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, Azərbyacan müharibə vəziyyətində yaşayır, ərazimizin 20%-i işğal altındadır: "Əlbəttə, biz bu poblemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh istəyirsən, müharibəyə hazırlaş. Güclü ordu, layiqli ordu dövlətin dünya səviyyəsində hörmətinin zəmanətidir. Ona görə ki, danışıqlardan, siyasətdən başqa güclü ordu da lazımdır.”
|