Həsən bəy Zərdabi mükafatı təqdim edilib
20 İyul 2016, 19:34 (GMT +4)
Bakı, 20 iyul, SalamNews, A.Kərimov. Azərbaycan Jurnalistlər İttifaqının katibliyi 2016-cı il üçün Həsən bəy Zərdabi mükafatının qaliblərinə mükafatların təqdim edilməsi mərasimini keçirib.
Belə ki, sənətşünas Ülkər Əliyeva mədəniyyət sahəsində elmi araşdırmalara görə, İrina Kalaşnikova (“Gəncə Xəbərləri”) regional mətbuatın inkişafında xidmətlərə görə, publisist Zöhrə Əsgərova “Tarixi yaddaş və saxtalaşdırılmış tarixlər” kitabına görə, Sadiq Gözəlov (DİN-in mətbuat xidməti) ictimaiyyətlə əlaqələr üzrə işinə görə, Ələsgər Məmmədli media hüquqları sahəsində araşdırmalara görə, Rəşad Məmmədov ("Şəki TV") regional televiziyanın inkişafına dəstəyə görə, Xatirə Rəhimli (hərbi jurnalist) hərbi reportajlara görə mükafata layiq görülüblər.
Mükafata layiq görülənlər arasında “Azadlıq” qəzetinin müəllifi Zümrüd Yağmur, ANS televiziya kanalında “Beş barmaq” verilişinin müəllifi və aparıcısı Ülvira Qarayeva, "Fashion Passage” jurnalının redaktoru Nərminə Ağası, “Xalq qəzeti”nin əməkdaşı Vaqif Bayramov, “Media FM” radiosunun təsisçisi Tural Əliyev də var. FOTO: A.Kərimov.
|