Şuşaya həsr olunan “Bölgələrdən paytaxta” layihəsinin təqdimatı keçirilib
15 Mart 2016, 11:25 (GMT +4)
Bakı, 15 mart, SalamNews. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ötən ildən həyata keçirilən “Bölgələrdən paytaxta” layihəsi regionlarımızın təqdimatını davam etdirir. Layihə çərçivəsində bölgələrin tarixi-mədəni irsini, adət-ənənələrini, xalq sənətkarlığını, mətbəxini, sosial-iqtisadi və turizm imkanlarını əks etdirən sərgilər nümayiş olunur, konsertlər keçirilir.
Layihə çərçivəsində növbəti təqdimat Şuşa rayonuna həsr olunub. Tədbir Şuşa Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilib.
|