Bakıda həkim-travmatoloqun fərdi rəsm sərgisi açılıb
03 Dekabr 2015, 11:29 (GMT +4)
Bakı, 3 dekabr, SalamNews, Ş.Nəzərli. “Abşeron” rəsm qalereyasında həkim-travmatoloq Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb. Tədbir “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.
SalamNews xəbər verir ki, Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır. O, sərginin açılışında deyib: “Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadın portreti çəkirəm. Axı qadın ən gözəl xilqətdir, özü də təkcə zahirən deyil, mənən də gözəldir”.
FOTO:Ş.Nəzərli.
|