Bakıda 3-cü Qədr gecəsi böyük coşqu ilə keçirilib
10 İyul 2015, 13:04 (GMT +4)
Bakı, 10 iyul, SalamNews. Ötən gün Bakıda 3-cü Qədr gecəsi böyük coşqu ilə keçirilib.
SalamNews xəbər verir ki, minlərlə insan məscidlərə toplaşaraq əhya saxlayıblar.
Mərasimlərdə çıxış edənlər bildiriblər ki, Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub.
Hədislərə əsasən, Qədr gecəsi gözəl bir gecədir və Allah o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir. Bu gecədə həm Quran nazil olub. Bu gecənin ibadəti 1000 ayın ibadətindən üstündür.
|