Şokolad Bakıda heykəltəraşlıq materialı kimi təqdim olunub
16 May 2015, 13:18 (GMT +4)
Bakı, 16 may, SalamNews, Ş.Nəzərli. Muzey Mərkəzində məşhur “Nikolya Şokolad Muzeyi” müəllif sərgisinin açılışı olub.
SalamNews-un məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev bildirib ki, hər kəsin həvəslə yediyi şokolad Bakı sənətsevərlərinə indi heykəltəraşlıq materialı kimi təqdim olunur. Sərgidə ümumi çəkisi 700 kiloqramdan da ağır olan 250-dən çox yüksək keyfiyyətli şokoladdan hazırlanmış fiqur, miniatür və kompozisiya nümayiş etdirilir. Burada, həmçinin şokoladın tarixi ilə tanış olmaq mümkündür.
FOTO: Ş.Nəzərli.
|