Paytaxtda Yeni il ovqatı hər addımda hiss olunur
29 Dekabr 2014, 12:57 (GMT +4)
Bakı, 29 dekabr, SalamNews,Ş.Nəzərli. İlin son günlərində Bakı axşamlar işıq selinə qərq olur. Yeni il ərəfəsində həmişə fərqli bəzədilən Bakı bu il işıq effektləri ilə seçilir.
SalamNews xəbər verir ki, şəhərin mərkəzində, dənizkənarı bulvar zonasında müxtəlif texnikaların tətbiqi sayəsində bərq vuran rəngarəng işıqlar bayram günlərini daha yaddaqalan etmək üçün nəzərdə tutulub və bu tədbirlər uşaqları daha çox sevindirir.
|