Bakıda “Təhsil” və “Karyera” sərgiləri açılıb
10 Oktyabr 2014, 15:14 (GMT +4)
Bakı, 10 oktyabr, SalamNews, Ş.Nəzərli. Bakı “Expo” Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgilərinin açılışı olub.
SalamNews xəbər verir ki, tədnirin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov ölkədə təhsil islahatlarının uğurla həyata keçirilməsini hamının birgə səylərindən asılı olduğunu bildirib. Qeyd olunub ki, təhsil müəssisələri ilə biznes sektoru, işəgötürənlər arasında sıx əlaqənin qurulması vacibdir.
FOTO: Ş.Nəzərli.
|