Moskvada Xanım Zəhranın (s.ə) mövludu qeyd olunub
21 Aprel 2014, 10:14 (GMT +4)
Moskva, 21 aprel, SalamNews, R.Ağayev. Rusiya paytaxtında Xanım Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr olunmuş böyük bayram tədbiri keçirilib. Möhtəşəm bayram məclisinə yüzlərlə mömin soydaşımız ailələri ilə birgə təşrif buyurdular.
SalamNews-un Moskva müxbirinin verdiyi xəbərə görə, Moskva restoranlarının birində düzənlənən mübarək mərasimin təşkilatçısı qismində Moskva Əhli-Beyt Cəmiyyəti və Moskva Fatimeyi-Zəhra Cəmiyyəti çıxış etdilər.
|