Qobustan qoruğunda qəribə yol nişanları var
16 Noyabr 2013, 16:29 (GMT +4)
Bakı, 16 noyabr, SalamNews, Ş.Nəzərli. Qobustanda qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə Azərbaycanın Əməkdar elm xadimi İshaq Cəfərzadə tərəfindən aşkar edilib.Qayaüstü rəsmlərin sistematik tədqiqinə 1947-ci ildən başalanılıb.
2011-ci ildə yaradılmış Qobustan Milli Tarix Bədii Qoruğu Muzeyinin direktoru Məlahət Fərəcovanın məlumatına görə, Qobustanda Tunc dövrü abidələrinin, bu dövrün təsərrüfat həyatı və ictimai quruluşunun , arxeoloji materialların təhlili ilə yanaşı, qayaüstü bitki örtüyü də öyrənilir.
Qobustan qoruğuna tanışlıq üçün ziyarətə gələn yerli və xarici turistlər burada maraqlı “yol nişanları” ilə də rastlaşırlar.
Foto : Ş.Nəzərlinindir
|