Xəzərin "balıqçıları"
02 Noyabr 2013, 17:03 (GMT +4)
Bakı, 2 noyabr, SalamNews.Paytaxt sakinlərinin Xəzərin Dənizkənarı Park hissəsində insanların balıq tutmasını ilin hər fəslində müşahidə etmək olar. Bəzən bu həvəskarlar çirkli sulardan tutduqları balığı yemir, itə-pişiyə verirlər, bəzən də qurudub özləri yeyirlər.
Sahil bağının yeni sahəsində apardığımız maşahidələr insanda belə sual yaradır: Görəsən bu suda yetişən balıq yeyilərmi?
Balıqçıların və balıqların yaşadığı suyun fotolentini təqdim edirik.
Xatırladaq ki, çəkiliş apardığımız sahə Orta əsrlərin memarlıq incilərindən sayılan keçmiş Səbail qalası ərazisidir (Bayıl qəsri). 1235-ci ildə Azərbaycan Şirvanşahlar dövləti dövründə Bakının müdafiəsi məqsədilə tikilib. Həmin qala 1306-cı ildə Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində dağılaraq suyun altında qalıb.
Foto. Ş.Nəzərli
|