Azərbaycanda prezident seçkilərinə start verilib
09 Oktyabr 2013, 12:50 (GMT +4)
Bakı, 9 oktyabr, SalamNews, İ.Amid. Azərbaycanda bu gün saat 8.00-da prezident seçkilərinə start verilib.
SalamNews-un məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını deyib. O, seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü bildirib. Sonra MSK sədri səsvermənin başlandığını elan edib. Dövlət himninin səslənməsi ilə səsverməyə başlanılıb.
FOTO: Ş.Nəzərli.
|