Bakıda qurbanlıq heyvanların satış yarmarkaları açılıb
27 Oktyabr 2012, 11:42 (GMT +4)
Bakı, 27 oktyabr, SalamNews, A.Kərimov. Bakıda qurbanlıq heyvanların satış yarmarkaları keçirilir.
SalamNews-un məlumatına görə, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışını təşkil ediblər.
FOTO: A.Kərimov.
|