Almaniyada İran hakimiyyəti tərəfindən Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib
09 İyul 2012, 17:54 (GMT +4)
Moskva, 9 iyul, SalamNews, R.Ağayev, R.Aygün. Almaniyanın Haydelberq şəhərində İran hakimiyyəti tərəfindən Urmiya gölünün qurudulmasına qarşı etiraz aksiyası keçirilib. Dünya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fatiyev tərəfindən təşkilatın İdarə Şurasının üzvü Fətəməz Quluzadənin dəstəyi ilə təşkil olunmuş tədbirdə həm Haydelberqdə yaşayan azərbaycanlılar, həm də digər Avropa ölkələrindən olan həmyerlilərimiz iştirak edib.
|