Kərbəla, Nəcəf və Məşhəd on ikinci İmam Həzrət Mehdinin (ə) mövlud günündə
18 Mart 2022, 13:48 (GMT +4)
Bakı, 18 mart, SalamNews. Dünyanın bir çox müsəlman və qeyri müsəlman ölkələri ötən gecə və bu gün on ikinci İmam Həzrət Mehdi Sahib-Zamanın mövlud günü münasibətilə müxtəlif mərasim və tədbirlərin şahididir.
SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə şaban ayının 15-i, on ikinci İmam Həzrət Mehdi Sahib-Zamanın mövlud gününə təsadüf edir.
Azərbaycan da daxil olmaqla bir çox müsəlman və qeyri müsəlman ölkələri ötən gecə və bu gün on ikinci İmam Həzrət Mehdi Sahib-Zamanın mövlud günü münasibətilə müxtəlif mərasim və tədbirlərin şahidi olub.
SalamNews İmam Mehdi Sahib-Zamanın mövludu ilə bağlı imamların pak məqbərələrinin yerləşdiyi Nəcəf, Kərbəla və Məşhəd şəhərlərinin mənəvi abu-havasını əks etdirən bəzi görüntüləri təqdim edir:
|