Bakıda Yol Polisi tərəfindən ciddi yoxlamalar davam etdirilir
12 Aprel 2020, 19:53 (GMT +4)
"Son günlərdə paytaxt yollarında nəqliyyat vasitələrinin sayı azalıb və sürücü-polis münasibətlərində həmrəylik yaranıb. Yol Polisi ölkədə karantin rejimi elan edilən gündən gücləndirilmiş iş rejimində çalışır. Yol Polisi tərəfindən şəhərin müxtəlif küçə və prospektlərində ciddi yoxlamalar davam etdirilir. Burada əsas məqsəd lüzümsuz, zərurət olmayan təqdirdə yola çıxan sürücüləri aşkarlamaq, həmçinin virusun geniş şəkildə yayılmasının qarşısını almaqdır.
Bu sözləri SalamNews-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
|