Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun
06 Aprel 2020, 22:38 (GMT +4)
Bakı, 6 aprel, SalamNews, K.Orxan. Məlumat verildiyi kimi mart ayının 24-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlər göstərilir.
Belə ki, yaşı 65-dən yuxarı tənha vətəndaşların evlərində sosial məişət xidmətləri ilə təmin olunması işlərində onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri ilə birgə fəaliyyətdədirlər. DOST Agentliyinin könüllüləri tənha yaşayan yaşlı insanlarımıza ev işlərində fəallıqla, həvəslə dəstək olurlar. Onlara lazım olan ərzaq məhsullarının və dərman vasitələrinin alınmasında, müxtəlif kommunal ödənişlərin edilməsində və s. köməklik göstərirlər.
SalamNews-un əməkdaşı bu gün DOST Agentliyinin əməkdaşları ilə 72 yaşlı, tənha yaşayan Fəridə Məmmədovanın evində olublar ona lazimi köməklik göstəriblər.
Fəridə Məmmədova ona göstərilən qayğı və diqqətə görə, ölkə başçısına o cümldədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə öz təşəkkürnü bildirib. Ona göstərilən xidmətlərdən minnətdarlıq edib.
|