30 il öncə şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı
20 Yanvar 2020, 12:44 (GMT +4)
Bakı, 20 yanvar, SalamNews. Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 30 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi.
Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
|