Bakıda ticarət mərkəzində güclü yanğın olub
26 Mart 2019, 13:02 (GMT +4)
Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Binadan təxliyə işləri başa çatdırılıb.
FOTO: Əziz Kərimov
|