Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarını anır
26 Fevral 2019, 17:50 (GMT +4)
Bu gün XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 27-ci ildönümüdür.
Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb.
FOTO: Şahin Sərdərov, Zaur Mustafayev, Tofiq Babayev.
|