Dayanıqlı İnkişafa dair Bakı Forumu sessiyalarla davam edib
26 Oktyabr 2018, 11:38 (GMT +4)
Oktyabrın 25-26-da Dayanıqlı İnkişafa dair Bakı Forumu keçirilir. Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Forumda Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti, özəl sektorun və KİV təmsilçiləri iştirak edir. Forum bu gün işini müxtəlif mövzularda sessiyalarla davam etdirir.
|