SABAH tələbələri arasında Vergi Bilik Yarışı keçirilib
29 May 2018, 16:31 (GMT +4)
Bakı, 29 may, SalamNews. May ayının 29-da “Park İNN” hotelində Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan SABAH tələbələri arasında Vergi Bilik Yarışması keçirilib.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Elçin Məmmədov iştirakçıları salamlayaraq onları Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, maarifçiliyi öz faəliyyətinin tərkib hissəsi sayan Cümhuriyyət hökumətinin 100 illik yubileyi münasibətilə belə bir bilik yarışması təşkil olunması çox sevindiricidir. Şərqin ilk demokratik Respublikasının cəmi 23 ay yaşamasına baxmayaraq, elmin, təhsilin inkişafına böyük töhfələr verib. Cümhuriyyət dövrünün maarifçilik siyasəti müasir Azərbaycanda da uğurla davam etdirilir.
|