Bakı pravoslavları Pasxa bayramını qeyd edirlər
09 Aprel 2018, 10:18 (GMT +4)
Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir. Bakı pravoslavları bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asır, şamlar düzürlər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata jurnalistlərə müsahibəsində deyib ki, aprelin 8-də xristianlar özlərinin müqəddəs bayramı olan Pasxa bayramını qeyd edirlər. Bu bayram xristianların ən böyük bayramıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər. Prezident İlham Əliyev Azərbaycanın bütün pravoslav xristian icmasını bayram münasibətilə təbrik etdi, ən səmimi arzu və diləklərini çatdırdı. (FOTO: Rəşad Mehdiyev)
|