Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş sərgi açılıb
07 Fevral 2018, 13:48 (GMT +4)
Moskva, 7 fevral, SalamNews, İ.Rüstəmov. Bu gün Moskvada, Rusiya Dövlət Dumasının binasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin açılışı olub.
SalamNews-un Moskva müxbiri xəbər verir ki, sərginin təntənəli açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin iştirak ediblər.
Məlumat verilib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi Dövlət Dumasında xarici dövlətə həsr olunmuş ilk ekspozisiyadır.
|