Bakıdakı bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq
02 Dekabr 2017, 08:25 (GMT +4)
Dekabrın 3-ü - Beynəlxalq Əlillər Günü münasibətilə "Four Seasons" otelində “BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SalamNews xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov konfransı açaraq Beynəlxalq Əlillər Günü ərəfəsində keçirilən silsilə tədbirlər haqqında məlumat verib. Nazir qeyd edib ki, son vaxtlar əlillərin sosial müdafiəsi və onların problemlərinin yüngülləşdirilməsi sahəsində xeyli tədbirlər görülüb. Onun verdiyi məlumata görə, bir neçə gün əvvəl paytaxtın Zabrat qəsəbəsində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda, baxımsız, kimsəsiz və sosial təhlükə vəziyyətində olan, yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə yaxından tanış olublar. Əlillər arasında V Ümumrespublika Stolüstü Oyunlarına yekun vurulub. Qeyd olunub ki, nəqliyyat təşkilatları ilə aparılan danışıqlara əsasən, yaxın vaxtlarda keçidlərdə 421 pandus quraşdırılacaq.
|