“Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilib
09 Sentyabr 2017, 14:11 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Formal məşğulluq sosial hüquqların reallaşdırılmasının şərti kimi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, BƏT-in Məşğulluq siyasəti departamentinin direktoru xanım Azita Berar Avad və sektor müdiri Frederik Lapeyre, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, Azərbaycanda innovativ iqtisadiyyatın formalaşdırılması, əmək məhsuldarlığının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızda həyata keçirdiyi uğurlu dövlət siyasətinin strateji hədəflərini təşkil edir.
|