Dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna ziyarət təşkil olunub
03 İyun 2017, 11:57 (GMT +4)
Bakı, 3 iyun, SalamNews, K.Orxan. 24-cü Beynəlxalq Neft və Qaz Sərgisi çərçivəsində Bibiheybət mədəni ərazisində yerləşən, dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna ziyarət təşkil olunub.
SalamNews xəbər verir ki, ziyarət zamanı sərgi iştirakçıları və konfransın deleqatları neft quyusunu yerindəcə görüblər, onun tarixi haqqında ətraflı məlumatlandırılıblar.
Belə ki, tanınmış bələdçi Fuad Axundov sərgi iştirakçılarının diqqətinə çatdırıb ki, XIX əsrdə burada “Nobel qardaşları" neft hasilatı şirkətinə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur.
|