Aprel döyüşlərində iştirak etmiş zabitlər gənclərlə görüşüblər
19 Aprel 2017, 09:24 (GMT +4)
Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərin gənclər təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib. Görüşü Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkil edib.
SalamNews xəbər verir ki, əvvəlcə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev aprel döyüşlərinin önəmindən danışıb, bu qələbənin Azərbaycan əsgərində, eləcə də xalqımızda, gənclərdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Fərhad Hacıyev fondun fəaliyyət göstərdiyi 5 ildə vətənpərvərlik haqqında 463 layihəni maliyyələşdirildiyini bildirib, həmçinin qurumun cari və gələcək fəaliyyətində vətənpərvərlik mövzusunda layihələrə xüsusi önəm veriləcəyini deyib.
|