Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd olunub
28 Fevral 2017, 12:26 (GMT +4)
Milli Kitabxanada Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları ilk olaraq Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış oldular. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Şuşa şəhəri Azərbaycanın tarixi yaşayış məntəqəsi olmaqla bərabər, həm də mədəni qüdrətini yaşadan torpaqdır. Şuşa şəhəri hazırda ermənilərin işğalı altında olsa da, onun mənəvi və mədəni dəyərləri yaşayır, unudulmur.Sonda nazir Şuşa Şəhər Kitabxanasının 120 illiyi münasibətilə Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) bir sıra əməkdaşlarını nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanı və fəxri fərmanlarla təltif etdi.
|