Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər20 Aprel 2023, 10:50 (GMT +4) İstanbul, 20 aprel, SalamNews. Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.
Federasiyadan SalamNews-a verilən məlumata görə, yarış aprelin 22-23-də baş tutacaq.
Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
|