Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb

19 Aprel 2023, 16:50 (GMT +4)

İstanbul, 19 aprel, SalamNews. Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Abşeron rayonunda nəzarət tədbirləri həyata keçirilib.

SalamNews bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Xırdalan şəhərindəki yaşayış kompleksində fəaliyyət göstərən restoranda su sayğacı olsa da, obyekt sahibi özbaşına çəkilmiş 32 mm diametrli boru vasitəsilə sudan qanunsuz istifadə edib.

Hökməli dairəsi adlanan ərazidə fəaliyyət göstərən dekorativ ağacların satışı məntəqəsində də sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verib.

Araşdırmalar zamanı Bakı-Sumqayıt yolu yaxınlığında yerləşən obyektdə də suyun talanması aşkar edilib. 50 mm diametrli boru vasitəsilə obyektə çəkilmiş su xətti ni qəza briqadası kəsərək ləğv edib. Hökməli-Qobu yolu üzərindəki obyektlərdə də sudan uçotsuz və qanunsuz istifadə halları aşkarlanıb. Sahibkara məxsus aptek, mobil telefon və aksesuar satışı, geyim mağazası, şirniyyat evi və gözəllik salonunda sudan qeyri-qanuni istifadə edilib.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Obyekt sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni, israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş, sayğacdankənar xətlər ləğv olunacaq.

Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” 2 639, Abşeron rayonu üzrə 73 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 822 min kubmetr, Abşeron rayonu üzrə 27 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 3 ay ərzində içməli sudan qanunsuz istifadə ilə bağlı 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66