DSK: Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir19 Aprel 2023, 15:10 (GMT +4) İstanbul, 19 aprel, SalamNews. 2023-cü ilin aprel ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 551.8 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 360.8 min baş təşkil edib.
Bu barədə SalamNews-a Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 115.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 9.9% və ya 808 min baş azalıb.
Xatırladaq ki, cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.
|