Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər10 Aprel 2023, 16:00 (GMT +4) İstanbul, 10 aprel, SalamNews. Azərbaycanın stolüstü tennisçiləri Monteneqronun Podqoritsa şəhərində keçiriləcək "WTT youth star contender" beynəlxalq turnirində iştirak edəcəklər.
Federasiyadan SalamNews-a verilən məlumata görə, 30-a yaxın ölkə təmsilçisinin qatılacağı yarışda milli komandanın iki üzvü bacarığını göstərəcək.
Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə qüvvəsini sınayacaq. Aprelin 11-i və 12-də qızlar, 14-ü və 15-də oğlanlar mübarizə aparacaqlar. Aprelin 13-də isə qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.
Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilmiş anoloji yarışda bürünc medala layiq görülüb.
|