Alp dağlarında qar uçqunu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb10 Aprel 2023, 14:30 (GMT +4) İstanbul, 10 aprel, SalamNews. Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində azı 6 nəfər ölüb.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın BFM telekanalı məlumat yayıb.
Bildirilir ki, xilasedicilər 39 yaşlı xizəkçinin və daha bir nəfərin cəsədini aşkar ediblər.
Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çox sayda xilasedici və texnika cəlb olunub.
|