Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb06 Aprel 2023, 17:00 (GMT +4) İstanbul, 6 aprel, SalamNews. Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb.
Bu barədə SalamNews-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Nepal Federativ Demokratik Respublikası və 2 (iki) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşları saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
|