Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Lavrov: “Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir”

06 Aprel 2023, 10:00 (GMT +4)

İstanbul, 6 aprel, SalamNews. “Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir”.

SalamNews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına şərhində deyib.

“Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalılar ilk növbədə Amerika silahları ilə vuruşurlar”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər qorunub saxlanılmalıdır. “Münasibətləri, məncə, saxlamaq lazımdır, heç olmasa ümidimizi itirmirik ki, amerikalılar ayılacaqlar və bununla belə, bir növ dialoq bərpa olunacaq”.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66