Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlanıb

06 Aprel 2023, 09:00 (GMT +4)

İstanbul, 6 aprel, SalamNews. Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

SalamNews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda sıxlıq müşahidə olunan yollar aşağıdakı kimidir:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66