Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Putin: ABŞ-ın rəngli inqilabları dəstəkləməsi Ukraynada bugünkü böhrana gətirib çıxarıb

05 Aprel 2023, 17:45 (GMT +4)

İstanbul, 5 aprel, SalamNews. Rusiya ilə ABŞ arasında münasibətlər dərin böhran yaşayır.

SalamNews xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin yeni səfirlərinin etimadnaməsini qəbulu mərasimində deyib.

Rusiya liderinin sözlərinə görə, ABŞ-ın öz xarici siyasətində rəngli inqilabları dəstəkləməsi,o cümlədən Ukraynada, bu günkü böhrana gətirib çıxarıb. 

Rusiya ABŞ-la münasibətlərin yalnız bərabərlik, suverenliyə hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulmasının tərəfdarıdır. Biz həmişə Rusiya-Amerika münasibətlərinin yalnız bərabərlik, bir-birinin suverenliyinə və maraqlarına hörmət, daxili işlərə qarışmama prinsipləri əsasında qurulmasının tərəfdarı olmuşuq. Gələcəkdə bunu rəhbər tutacayıq", - deyə Rusiya Prezidenti vurğulayıb. 

Qeyd edək ki, Rusiya prezidentinə etimadnamələrini təqdim edən səfirlər arasında ABŞ-ın yeni səfiri Linn Treysi də var.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66