Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » İQTİSADİYYAT

Ermənistandan Rusiyaya süd məhsullarının ixracına qadağa qüvvəyə minib

05 Aprel 2023, 14:30 (GMT +4)

İstanbul, 5 aprel, SalamNews. Ermənistandan Rusiyaya süd məhsullarının ixracına qadağa bu gündən qüvvəyə minib.

SalamNews xəbər verir ki, bunu “news.am”ın müxbirinə müsahibəsində Qida Təhlükəsizliyi Müfəttişliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anuş Arutunyan bildirib.

Arutunyanın sözlərinə görə, bu istiqamətdə Ermənistan və Rusiya tərəfləri arasında danışıqlar davam edir.

Qeyd edək ki, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistanın baytarlıq xidmətinə 5 apreldən etibarən Rusiyaya süd məhsullarının tədarükünün dayandırılması ilə bağlı müraciət edib.

Buna səbəb kimi o göstərilib ki, erməni istehsalçıları “Rosselxoznadzor”un məhdudiyyətlər tətbiq etdiyi İran xammalından istifadə edirlər.

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan isə öz növbəsində bu məsələyə münasibət bildirərək Ermənistanda istehsal olunan süd məhsullarında İran xammalından istifadə olunduğunu təsdiqləyib.

Həmçinin o da əlavə olunub ki, Rusiyaya süd məhsullarının ixracına qoyulan qadağaya görə Ermənistan milyonlarla dollar zərər çəkə bilər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66