Seysmoloji Mərkəz: Mingəçevir su anbarında zəlzələ olub05 Aprel 2023, 14:00 (GMT +4) İstanbul, 5 aprel, SalamNews. Mingəçevir su anbarında zəlzələ olub.
Bu barədə SalamNews-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:37-də Mingəçevir stansiyasından 33 km şimal-qərbdə Mingəçevir su hövzəsi daxilində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 20 km olub. Zəlzələ hiss olunmayıb.
|