Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda evdən 110 min dollar pul oğurlanıb

05 Aprel 2023, 13:00 (GMT +4)

İstanbul, 5 aprel, SalamNews. Bakıda evdən külli miqdarda pul oğurlanıb.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsindəki evlərin birindən 110.000 ABŞ dolları və 1000 avro pul, habelə 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Üzeyir Bayramov və Namik Bayramov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66