Britaniya səfiri Azərbaycan Ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib05 Aprel 2023, 10:00 (GMT +4) İstanbul, 5 aprel, SalamNews. Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb.
SalamNews xəbər verir ki, səfir bu barədə tviterdə yazıb.
“Ombudsman Səbinə Əliyeva ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq prespektivlərindən də danışmaq imkanımız oldu”, - diplomat bildirib.
|