Mobil versiya RU AZ
_




MDB ÖLKƏLƏRİ » SİYASƏT

Danilov: “Qərb Rusiyanın parçalanmasından qorxur, lakin bu proses artıq gedir”

04 Aprel 2023, 09:25 (GMT +4)

İstanbul, 4 aprel, SalamNews. Rusiya nüvə silahından yalnız o halda istifadə edə bilər ki, Çin Kremlə buna icazə versin.

SalamNews xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov Böyük Britaniyanın “The Times” nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, Rusiya zəifləyib və hissələrə bölünmək riski daşıyır, Putinin Çin lideri Si Szinpinlə görüşü də bunu təsdiqləyir:

“Çinlilər Rusiyanın nüvə silahından istifadə etməsinə icazə versələr, onu tətbiq edəcəklər. Əks halda, etməyəcəklər. Ona görə də bunu (Rusiyanın nüvə silahından istifadə edib-etməyəcəyini) Çindən soruşmaq lazımdır”, - o qeyd edib.

MTMŞ katibi həmçinin bildirib ki, Qərb Rusiyanın parçalanmasına və dağılmasına hazırlaşmalıdır.

“Qərb Rusiyanı tanımır və Qərb Rusiyanın parçalanmasından qorxur. Amma bu proses artıq gedir”, - o söyləyib.

O vurğulayıb ki, Rusiyanın dağılması “təsirli” olacaq və üç, beş və ya yeddi il ərzində baş verəcək.

“Bu, tarixi prosesdir və siz tarixi dayandıra bilməzsiniz”, - Danilov əlavə edib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66