KTMT: “Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”31 Mart 2023, 15:26 (GMT +4) İstanbul, 31 mart, SalamNews. “Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır”.
SalamNews TASS-a istinadən xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri İmanqali Tasmaqambetov deyib.
O bildirib ki, Cənubi Qafqazda sabitlik pozulub: “Ermənistan və Azərbaycan arasında illərlə davam edən ziddiyyətlər səbəbindən Qafqaz regionunda gərginlik qalmaqdadır”.
|