Lukaşenko: Rusiya ən dəhşətli silahdan istifadə edəcək31 Mart 2023, 15:05 (GMT +4) İstanbul, 31 mart, SalamNews. "Nüvə gücünə qalib gəlmək olmaz və əgər Rusiya parçalanma təhlükəsi ilə üz-üzə qaldığını anlasa, ən dəhşətli silahdan istifadə edəcək".
SalamNews Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Nüvə dövlətini məğlub etmək mümkün deyil. Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanın dağılması təhlükəsi yaratdığını anlasa, ən dəhşətli silahdan istifadə olunacaq. Buna yol vermək olmaz”, -o, cümə günü Belarus xalqına və parlamentinə müraciət edərək bildirib.
|