Xocavənddə silah-sursat aşkarlanıb31 Mart 2023, 17:40 (GMT +4) İstanbul, 31 mart, SalamNews. Xocavənddə silah-sursat aşkarlanıb.
Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
|